Kişi fanatının istəyi Çeliki şoka saldı
Məşhur müğənni Çelik Erişçi sosial şəbəkə paylaşımı ilə bütün diqqətləri üzərinə çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi Bursadan olan kişi fanatının ona ünvanladığı qeyri-adi istəyini ictimailəşdirib.
Həmin şəxs mesajında həyat yoldaşının çox arzuladığını bildirərək Çelikdən "SUV" tipli avtomobil almasını xahiş edib.
O, avtomobilin pulunu kreditlə və hissə-hissə ödəyə biləcəyini də vurğulayıb. Mesajın sonunda isə birlikdə hansısa televiziya proqramına qatılacaqlarını qeyd edib.
Bu müraciət qarşısında təəccübünü gizlətməyən müğənni bunun zarafat olmadığını qeyd edib.
"Bunu zarafat hesab edənlər varsa, bilin ki, tamamilə realdır. Mən sizin düşündüyünüz adamlardan deyiləm" -deyə Çelik bildirib.
Qeyd edək ki, hazırda "SUV" tipli avtomobillərin bazar qiyməti təxminən 1 milyon 600 min lirədən (təxminən 62080 AZN) başlayır.
Qalereya
Oxşar xəbərlər
Mirələm Mirələmova ağır itki üz verdi
Məşhur xanəndə Mirələm Mirələmova ağır itki üz verib. BAKU.WS xəbər verir ki, onun atası Fərman Mirələmov vəfat edib. O 68 yaşında dünyasını dəyişib. Bu barədə...