Kiçik komanda ilə böyük işlərə imza atan BAKU.TV 4 yaşında - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün BAKU.TV-nin fəaliyyətə başlamasının 4 ili tamam olur.
2018-ci ilin 18 fevralında izləyicilərə etibarlı və dəqiq xəbərlər vermək üçün yola çıxan internet televiziyası "YouTube"la yanaşı, digər sosial şəbəkələrdə də cəmiyyəti operativ informasiya ilə təmin edir.
Kiçik komanda ilə böyük işlərə imza atan BAKU.TV 44 günlük Vətən müharibəsi dövründə də dəqiq və peşəkar xəbərin mənbəyi oldu.
Yoluna böyüyərək davam edən BAKU.TV "YouTube"da yarım milyona yaxın abunəçi sayı ilə indi daha geniş auditoriyaya xitab edir. Həmçinin keçən il kanalın rus dilli redaksiyası yaradılıb. Xəbərlər izləyicilərə artıq rusca da çatdırılır.
Qeyd edək ki, Azərbaycan və dünyada baş verən hadisələri xəbər edən BAKU.TV 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...