Kərbəla və Məşhəd ziyarətlərinə QMİ nəzarət edəcək - RƏSMİ
12
iyl
2019
16:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Nəzərdə tutulur ki, İslama aid olan digər müqəddəs yerlərə ziyarətlər də kollektiv şəkildə, məhz Həcc ziyarətində olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilsin”.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bəzən bu yerlərə ziyarətləri hansısa bir şirkət və ya turist qrupu təşkil edir: “Həmin adamlar da orada problemlərlə üzləşir, bəzən geriyə qayıda bilmir, orada təhlükəsizlik və nəqliyyatla bağlı tədbirlər kifayət qədər yüksək səviyyədə təşkil olunmur və nəticədə xoşagəlməz hadisələr baş verir. Ona görə də belə bir təşəbbüs var ki, bu cür ziyarətlər də QMİ-nin himayəsi altında həyata keçirilsin. Bu məsələnin üzərində iş gedir"."Bununla əlaqədar “Dini etiqad azadlığı haqqında” Qanuna müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də var. Həmin təkliflərə baxıldıqdan sonra Həcc ziyarəti ilə yanaşı İslama aid digər müqəddəs yerlərə də ziyarətlərin təşkili xüsusi qaydalar əsasında baş tutacaq. Vətəndaşların bu müqəddəs yerlərə ziyarəti vahid qaydalar əsasında həyata keçirilmiş olacaq. Milli Məclis tərəfindən həmin təkliflərə baxılıb qəbul edildikdən sonra dediyimiz çərçivədə həll edilməsi imkanı yaranacaq", - deyə M. Qurbanlı bildirib.
Oxşar xəbərlər
Azərbaycanda yeni dini məktəblər açılacaq –RƏSMİ AÇIQLAMA – VİDEO
Ölkədə yeni dini kolleclər açılacaq.BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Xəzər TV-yə açıqlamasınd...