Kamerunlu futbolçunun azərbaycanlı həyat yoldaşı ilə Dubay FOTOSESSİYASI
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il ailə həyatı quran “Keşlə”nin sabiq kamerunlu futbolçusu Anatole Abanq ilə azərbaycanlı həyat yoldaşı Adelia Hacıyevadan xəbər var.
BAKU.WS xəbər verir ki, bir neçə gündür Birləşmiş Ərəb Əmirliklərində olan cütlük kamera qarşısına keçib.
Onlar yeni doğulan qız övladları ilə Dubayda fotosessiya etdiriblər. Adelia ilə Anatolenin şəkillərini fotoqraf Zeynal Məmmədli lentə alıb.
Qeyd edək ki, cütlüyün qızı bu il martın 1-də dünyaya gəlib. Futbolçu adı dəyişdirilərək "Şamaxı" edilən "Keşlə" klubunu ötən ilin sonunda tərk edərək Birləşmiş Ərəb Əmirliklərinin Al Bataeh kollektivinə transfer olunmuşdu.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı xanımla ailə həyatı quran kamerunlu futbolçu ata oldu - FOTO
Ötən il ailə həyatı quran “Keşlə”nin kamerunlu futbolçusu Anatole Abanq ilə azərbaycanlı həyat yoldaşı Adelia Hacıyevadan xəbər var. BAKU.WS xəbər verir ki, onu...