Kadir İnanır üçün KRİTİK HƏFTƏ

Kadir İnanır üçün KRİTİK HƏFTƏ
Foto
Şou-biznes 436

Yeşilçamın usta aktyoru Kadir İnanırın müalicəsi davam edir. Mart ayında beyninə gedən damarlardan birinə laxta düşməsi səbəbilə xəstəxanaya yerləşdirilən aktyorun sağlamlıq vəziyyəti ilə bağlı yeni məlumatlar yayılıb.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, Kadir İnanır martın 24-də, bazar günü, Beykozdakı evində pisləşərək Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Beyninə laxta düşməsi nəticəsində insult keçirən aktyor dərhal əməliyyat olunub.

1 aprel tarixində reanimasiyadan çıxarılan, 4 aprel tarixində isə evə buraxılan İnanır iyul ayında ağciyərində yaranan infeksiya səbəbilə yenidən reanimasiyaya yerləşdirilib. Həmin dövrdə onun iflic olduğu və nitqində problemlər yaşadığı ilə bağlı iddialar irəli sürülmüşdü.

Jülide Kural: "Yaşama sevgisini ürəyində daşıyır"

Bu iddialara münasibət bildirən Kadir İnanırın həyat yoldaşı Jülide Kural aktyorun müalicə prosesi zamanı çətinliklər yaşasa da, yaşama sevgisi ilə hər şeyin öhdəsindən gəldiyini bildirib:

Kadir İnanır üçün KRİTİK HƏFTƏ

"Aylarla davam edən müalicə prosesində çətin anlar yaşandı. Amma Qara dənizin gücünü, qəzəbini, sevincini, qısaca, yaşama sevgisini ürəyində daşıyan Kadir bütün çətinlikləri aşmaqda qərarlı oldu. Keyfiyyətsiz kanalların və kliklə pul qazanmağa çalışanların yalan xəbərlərinə qulaq asmamağınızı rica edirəm," - deyə Kural qeyd edib.

Həlledici analizlər aparılacaq

Hazırda Koç Universiteti Xəstəxanasında müalicəsi davam edən Kadir İnanır bir neçə gün əvvəl həkimlərin icazəsi ilə evinə buraxılıb. Lakin "Magazin Burada" portalının məlumatına görə, aktyorun yenidən xəstəxanaya yerləşdirilib-yerləşdirilməyəcəyi bir həftə sonra ediləcək analizlərin nəticələrinə əsasən müəyyənləşəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiat...

313 Şou-biznes 23:59 12 sentyabr 2026

Son xəbərlər