İnsult keçirən Faytonçu Nazimin SON VƏZİYYƏTİ
İnsult keçirən Pişyari (Faytonçu) Nazimin müalicəsi davam etdirilir, səhhəti yaxşılaşır.
Bu barədə "Report"a müğənninin sənət dostu məlumat verib.
Bildirilib ki, onun reanimasiyadan çıxarılaraq palataya köçürüləcəyi gözlənilir.
Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yanvarın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
O, müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub.
Oxşar xəbərlər
Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu
Məşhur model Adriana Lima uzun müddətdən sonra görünüşü ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o xeyli çəki ataraq fit və qüsursuz bədəni ilə marağa səbəb o...