"İndiki müğənnilər o əziyyəti çəkməz"
"Bizim zamanımızda geyim, söz və musiqi üçün xüsusi insanlar var idi, onlar seçim edirdilər ki, olar, yoxsa olmaz. İstər efir, istər konsert olsun. Bizim başqa heç bir şey geyinməyə, taxmağa, oxumağa, söz deməyə ixtiyarımız yox idi. Ona görə də mənim yaşıdlarım hər şeyin yerini biliblər".
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Gün ortası" verilişində deyib.
O, hazırkı dövrdə müğənni olmağın daha asan olduğunu bildirib:
"İndiki müğənnilər üçün hər şey hazırdır: geyim, repertuar, səsyazma, səsi düzəltmək belə var. İndi müğənni olmaq çox asandır. Get canlı oxu, millət görsün ki, sən nə ifa edirsən, ondan sonra fonoqramını oxu. Bizim zamanda rayonlarda Mədəniyyət Evlərində konsert verirdik, çox bərbad idi.
Səhnədən getmək istəyirdik, hündürdaban ayaqqabımız orada ilişib qalırdı. İndiki müğənniləri ora göndərsələr, bizim çəkdiyimiz əziyyətləri çəkərlərmi? İnanmıram, heç vaxt çəkməzlər. Bizim bir konsertimiz bu gün onların 100 konsertidir. Sənətlərini sevirəm, hörmətim var, amma haqqı deməliyəm".
Oxşar xəbərlər
Canlı yayımda yaxınının ölüm xəbərini eşitdi
Əməkdar artist Nuriyyə Hüseynova canlı yayım zamanı xoş olmayan mesaj alıb. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, müğənni "Günaydın Azərbaycan" proqramı...