İlqarə Kazımova "Sevgi"sini təqdim etdi
11
iyn
2025
17:28
Müğənni İlqarə Kazımova "Sevgi" adlı lirik balladasını dinləyicilərə təqdim edib.
BAKU.WS xəbər verir ki, yeni mahnısını İlqarə kliplə birgə musiqisevərlərin ixtiyarına verib.
Ekran işində sənətçi tərəf müqabili ilə paytaxt Bakının müxtəlif yerlərində görüntülənib.
Sevən cütlük xatirələrə dalır, yaşananları xatırlayır və sevgidən bəhs edirlər.
Rejissor klipi ağ və qara fonda ekranlaşdırıb.
Mahnının sözləri və musiqisi Nicat Məlikova aiddir. Layihənin prodüseri İsmayıl Əsədovdur.
Oxşar xəbərlər
Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA
Xalq artisti Alim Qasımovla qızı, Əməkdar artist Fərqanə Qasımova İspaniyaya yollanıblar. BAKU.WS xəbər verir ki, məşhurlar Pamplona şəhərində muğam ifa ediblə...