İlk dəfə Azərbaycana gələn Castinin konsertində YAŞANANLAR
Ötən gün dünyaca məşhur müğənni Castin Timberleyk ilk dəfə paytaxtın qonağı olub.
BAKU.WS xəbər verir ki, sənətçi "The Forget Tomorrow" adlı dünya turu çərçivəsində azərbaycanlı fanatları qarşısında çıxış edib.
Sənətçi Bakı Olimpiya Stadionunda hit mahnılarını səsləndirib.
O "Rock your body", "Summer love", "Sexyback", "Mirrors", "Holy grail", "cry me a river", "Suit and tie" kimi hitləri azərbaycanlı pərəstişkarlarına təqdim edib.
Konsertdə Castin yeni "Everything I Thought It Was" albomundan mahnıları da ifa edib. Sənətçinin səhnə dekorasiyasında yüksək texnologiyalı səhnə və xüsusi vizual effektlərdən istifadə edilib.
Castin Timberleykin Bakı konserti zamanı bir sıra maraqlı məqamlar yaşanıb. Bir qız ərə getmək üçün müğənnidən kömək istəyib. O konsertdə bunu ifadə edən pankart nümayiş etdirib. Qız pankartın arxa hissəsində mobil nömrəsini də qeyd edib.
Sənətçinin konsertində başqa maraqlı hadisə də yaşanıb. Belə ki, ana olmağa hazırlaşan qadın uşağının cinsiyyətini öyrənmək üçün həkim kağızını müğənniyə uzadıb. Məlum olub ki, qadının oğlu dünyaya gələcək.
Məlumat üçün bildirək ki, Castin Timberleyk ilk dəfə 90-cı illərin sonlarında NSYNC qrupunun üzvü kimi dünya şöhrəti qazanıb.
Bu günə qədər 10 "Grammy", 4 "Emmy" və 1 "Oskar"a layiq görülüb.
Oxşar xəbərlər
"Yaprak Dökümü"nün Fikret və Tahsini illər sonra görüşdü
Türkiyənin reytinqli layihələrindən olan "Yaprak Dökümü" serialının aktyorları illər sonra görüşüblər. BAKU.WS saytı xəbər verir ki, məşhurlar bu gün dəfn məra...