İlhan Şeşendən üzücü xəbər
Türk musiqisinin unudulmaz simalarından biri olan İlhan Şeşenin səhhəti pisləşib. 76 yaşlı sənətçi uzun müddətdir ağciyər xərçəngi ilə mübarizə aparır.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara görə, Şeşenin vəziyyəti kritik həddə çatıb. Onun xəstəxana və ev arasında müalicə aldığı, lakin həkimlərin müalicə prosesinin artıq təsirini itirdiyini bildirdiyi qeyd olunur.
Xatırladaq ki, İlhan Şeşen 2024-cü ilin dekabr ayında xərçəng diaqnozu qoyulduğunu açıqlamış və müalicəyə başlamışdı. "Sarılınca Sana", "Ellerimde Çiçekler", "Neler Oluyor Bize" və "Sarı Laleler" kimi mahnıları ilə tanınan sənətçi, musiqi dünyasında dərin iz buraxıb.
Oxşar xəbərlər
Şafak Sezerin son halı sevənlərini kədərləndirdi
Məşhur aktyor Şafak Sezerin son halı görənləri kədərləndirib. BAKU.WS xəbər verir ki, buna səbəb onun həddən artıq çəki itirməsidir. "Kolpaçino", "G.O.R.A." və...