Həyat yoldaşının 20 milyona 16 villa aldığı deyilən SOCAR-ın rəis müavini efirdə (VİDEO)

Həyat yoldaşının 20 milyona 16 villa aldığı deyilən SOCAR-ın rəis müavini efirdə (VİDEO)
Video
Şou-biznes 2517

Xəbər verdiyimiz kimi, SOCAR-ın Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı açıqlama yayıb və bu iddiaların əsassız olduğunu dilə gətirib.

BAKU.WS-in məlumatına görə, Qiymət Mehdiyev ANS TV-yə müsahibəsində qeyd edib ki, "Google map”dən çıxarış edilərək təqdim olunan şəkillərin rəsmi əsası yoxdur:

"Burda 16 deyil, 50 binanı da rəngləyib mənim adıma təqdim edə bilərlər. Bəyan edirəm ki, bu sənəddən əlavə hər hansı villanın sənədini təqdim edənə mən o evi hədiyyə edəcəm. Yoldaşım biznes fəaliyyəti ilə məşğuldur. Düşünürəm ki, normal ailə üçün bu civarda bir mənzilin, yaxud mülkün alınması heç bir problem yaratmaz”.

Q.Mehdiyev vurğulayıb ki, yoldaşı həmin tarixdə Türkiyədə olmayıb:

"Bunu yoxlamaq o qədər də çətin deyil. Bunu sənədləşdirən adamlar bizə qarşı iftira atan adamlardır. Bu iftiraları yayan adamlarla bir zamanlar bizim dostluq, ailə münasibətlərimiz olub. Bundan bizə qarşı istifadə ediblər və bizə qarşı pul iddiası ilə çıxış ediblər. Bundan sonra da bu iddiaların hamısını mənim çalışdığım şirtkətə qarşı yönəldiblər. Biz də buna qarşı müəyyən tədbirlər görmüşük. Türkiyədə bu adamları hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qoymuşuq və bunun 5-6 ay müddətinə araşdırması gedib. Azərbaycan da, Türkiyə də hüquqi dövlətdir və hüquqi dövlətdə hər kəs etdiyi əməlin cavabını verməlidir. İki gündür mənim ailəmdə ciddi problemlər, sıxıntılar, psixoloji gərginlik yaşanır. Düşünürəm ki, bu çox çirkin niyyəti həyata keçirən adamlar bunun cavabını verməlidirlər və biz bundan ötrü lazım olan hər şeyi edəcəyik”.

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər