Hüseyn Həsənovun fanatları ilə görüşündən sonra BİABIRÇILIQ (VİDEO)
11
noy
2018
11:24
Instagram fenomeni Hüseyn Həsənovun 28 Mall-da sevənləri ilə görüşündən sonra xoşagəlməz hadisələr yaşanıb. BAKU.WS-in əldə etdiyi görüntülərdən aydın olduğu kimi blogerlə görüşmək istəyən kütlə ticarət mərkəzi yaxınlığındakı bir neçə avtomobilə ciddi ziyan vurub. Əzilən avtomobillərin şüşələri də çatlayıb. Instagram-da 7 milyon izləyicisi olan Hüseynlə görüşmək istəyənlər bunun üçün çox canfəşanlıq edib. Kütlənin çılğınlığından ən çox ətrafdakı nəqliyyat vasitələrinin sahibləri ziyan çəkib. İnsanlar blogeri görmək üçün Ticarət Mərkəzinə axışıblar. 28 Mall-un ətrafında və daxilində də izdiham yaşanıb. Görüşdən sonra ticarət mərkəzində xoşagəlməz mənzərə ortaya çıxıb. AbbasBAKU.WS
Oxşar xəbərlər
İnstagram fenomeni Hüseyn Həsənovun fanatları ilə görüşündə izdiham - VİDEO
İnstagram fenomeni Hüseyn Həsənov 28 Mall-da sevənləri ilə görüşüb. BAKU.WS xəbər verir ki, insanlar blogeri görmək üçün Ticarət Mərkəzinə axışıblar. 28 Mall-u...