Hüseyn Həsənovun 10 milyonluq "İnstagram" səhifəsini bərpa etdi (YENİLƏNİB)
03
apr
2019
21:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada yaşayan məşhur azərbaycanlı videobloqer Hüseyn Həsənovun 10 milyonluq “Instagram” hesabı bağlanıb.BAKU.WS xəbər verir ki, Hüseynin hesabının bağlanmasına səbəb kimi onun keçirdiyi müsabiqələr göstərilir. Qeyd edək ki, İnstaqram bir neçə dəfə Hüseyn Həsənovun keçirdiyi müsabiqə paylaşımlarını silmişdi. Videobloqerin PR direktoru BAKU.WS-ə veridiyi məlumatda bildirib ki, bu məsələ ilə ciddi məşğul olurlar, tezliklə hesab geri qaytarılacaq. Hüseyn Həsənov izləyicilərinə öz bahalı avtomobilləri olan "Ferrari" və "Gelandewagen" hədiyyə etmişdi. Bununla da izləyicilərinin sayını artıraraq 10 milyondan çox edə bilmişdir. Aldığımız son məlumata görə, Hüseyn Həsənovun səhifəsini 4 saat sonra qaytarmaq mümkün olub.Zülfiyyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
İzləyicisinə "Gelandewagen" hədiyyə edən Hüseyn 3 milyon qazandı - FOTOLAR
Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənov növbəti dəfə izləyicisinə "Gelandewagen" qazandırıb.BAKU.WS-in məlumatına görə, bloqqerin "Instagram"da təş...