Hüseyn Həsənovun cangüdəni "Gelandewagen"lə qəza törətdi - FOTO

Hüseyn Həsənovun cangüdəni Gelandewagenlə qəza törətdi - FOTO
Şou-biznes 2574

Rusiyanın məşhur azərbaycanlı blogeri Hüseyn Həsənovun cangüdəni onu xərcə salıb. BAKU.WS xəbər verir ki, bloqer bu barədə 6,8 milyon izləyicisi olan İnstaqram səhifəsində məlumat verib.

O, yazıb ki, mühafizəçisi məşhur Şumaxerin yolunu getmək istəyib, lakin Moskvanın mərkəzində zəncirvari qəza törədərək, bir neçə avtomobili əzib.

Səliqəsiz sürücünün “rəisi” Hüseyn Həsənov bütün xərcləri öz üzərinə götürüb.

Həsənov onu xərcə salan işçisini qovmaq fikrində olmadığını deyib:

“Mühafizəçimi işdən qovmaq fikrim yoxdur. Necə də olmasa, əzilən dəmirdir. Əsas odur ki, hamı sağ-salamatdır. Onun xəsarət yetirdiyi bütün avtomobillərə dəymiş zərəri ödədim”.

BAKU.WS
Hüseyn Həsənovun cangüdəni

Son xəbərlər