Blogger Hüseynin ata olma xəbəri, anasını çox qəzəbləndirdi (FOTO)
02
apr
2018
10:20
Ötən gün bütün dünya gülüş gününü qeyd etdi. Bir çox məşhurlar isə bir-birini aldadaraq sosial şəbəkələrdə paylaşımları ilə izləyiciləri həm təəcübləndirdi həmdə güldürdü.BAKU.WS xəbər verir ki, əslən azərbaycanlı Rusiyada yaşayıb və orada blogger fəaliyyəti ilə məşhurlaşan Hüseyn Həsənov anasını və dost tanışını şəxsi instagram hesabında öz paylaşımı ilə heyrətləndirib.Belə ki Hüseyn yeni doğulan körpə şəklini izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:"Bu gün mən ata oldum. Bu gün mənim üçün ən xoşbəxt gündür".Bu cür şərhlə paylaşılan foto hər kəsi mətəl qoyub. Məşhur bloggerin anası isə dərhal oğlunun whatsapp-ına yazaraq öz heyrətini gizlətməyib:"Hüseyn sənə zəng edə bilmirəm. Təcili mənə zəng vur. Oğlum sən nə üçün mənə demədim ki, sən ata olacaqsan ? Sənə çöx sağol. Mən çox xoşbəxtəm. Biz Moskvaya uçuruq. Bəs uşağın anası kimdir ?"Hüseyn isə anasına belə cavab verib:"Ana bu gün axı 1 apreldir".Həsənovun anası isə: "Axmaqsan"Beləcə Hüseyn hər kəsi aldatmağı bacarıb. Həmin paylaşımı sizə təqdim edirik:Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı blogger sevgilisindən ayrılma xəbərini yaydı (VİDEO)
Rusiyanın ən məşhur bloggeri əslən azərbaycanlı Hüseyn Həsənov model sevgilisi Nika ilə yollarını ayırıb. BAKU.WS xəbər verir ki, Hüseyn bu haqda şəxsi instagra...