Hüseyn Dəryanın oğlundan atası ilə bağlı təsirli paylaşım
Bu gün mərhum reper Hüseyn Dəryanın vəfatından 11 il ötür.
BAKU.WS xəbər verir ki, reperin övladı Cahangir onun vəfatı ilə bağlı təsirli paylaşım edib. O sosial şəbəkədə atası ilə illər əvvəl sağlığında çəkilən arxiv fotosunu paylaşıb. "Yerin cənnət olsun" sözlərini yazıb.
Xatırladaq ki, karyerası ərzində bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalıb.
O 2014-cü il martın 14-də avtomobil qəzasına düşərək xəstəxanaya yerləşdilib. Lakin martın 15-də səhər saatlarında o vəfat edib. Hüseynlə vida mərasimi Yasamalda onun bacısının evində keçirilib.
Reper Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
Məlumat üçün bildirək ki, Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda xanımdan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, 2-ci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var.
Oxşar xəbərlər
27 yaşında bitən ömür: Emi Uaynhausun dramatik taleyi
Dünya musiqisinin ən parlaq, lakin ən faciəli talelərindən biri britaniyalı müğənni Emi Uaynhausun həyatı ilə bağlıdır. Bir gecənin içində qlobal şöhrət qazanan...