Hündürlüyü 2 metr 15 sm-dir, boyunda artım davam edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İnsanlar arasında gəzəndə hündürlüyü ilə diqqət çəkir... O, bəzi insanlardan ikiqat hündürdür.
BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, söhbət Bərdə sakini, 24 yaşlı Elçin Hümbətovdan gedir.
Elçin deyir ki, o, balaca vaxtından hündürboylu olub. Sonradan onun boyu anormal şəkildə artmağa başlayıb. 11-ci sinifdə oxuyanda boyu 2 metr 15 santimetr olub. Sonradan yenə 10 sm artaraq 2 metr 15 sm-ə çatıb.
Elçin Hümbətov bildirir ki, boyunun uzun olmasının həm mənfi, həm də müsbət cəhətləri var. Hündürlüyünə görə əyninə paltar tapılmaması, yatacaq yerinin problemli olması ilə yanaşı bəzi işlərdə hündürlüyündən istifadə edir.
Elçin Hümbətov boyunun artmasını həkimlərlə də məsləhətləşib. Bildirilib ki, onun müalicəsi mümkündür. İndi o, müalicə üçün Bakıdakı həkimlərə müraciət edəcək.
Oxşar xəbərlər
Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi
Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il bayramı ilə əlaqədar paytaxt Bakıda quraşdırılacaq ən böyük Yeni il yo...