Hindistanlı məşhur aktrisanın toyu oldu - FOTO

Hindistanlı məşhur aktrisanın toyu oldu - FOTO
Foto
Şou-biznes 458

Bollivud ulduzu Katrina Kaifin toyu olub.

BAKU.WS xəbər verir ki, aktrisa uzun müddətdir eşq yaşadığı aktyor Viki Kauşalla ailə həyatı qurub. Bu haqda Katrina sosial şəbəkədə məlumat verib.

Cütlüyün ailə üzvləri və yaxınlarının iştirak etdiyi toy Rəcəstanda keçirilib.

O, 58 milyon izləyicisi olan instaqram hesabında şad günündən olan fotolarını yayımlayıb. Aktrisanın toy şəkilləri sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib.

Onun paylaşımına 10 milyon bəyənmə gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər