Həftənin ilk iş günü üçün hava proqnozu

Həftənin ilk iş günü üçün hava proqnozu
Şou-biznes 1397

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb  küləyi  axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8° isti,  gündüz 11-16°, bəzi yerlərdə 18° isti, Bakıda gecə 6-8° isti, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  756 mm civə sütunu, nisbi rütubət  gecə 75-85%, gündüz  60-65%  təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 27-də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin  axşama doğru bəzi dağlıq rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-18°, bəzi yerlərdə 21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayram günlərinin hava proqnozu açıqlandı

Bayram günlərinin hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. BAKU.WS Ekologiya və Təbii Sər...

8 Şou-biznes 12:30 19 mart 2017

Son xəbərlər