Həyat yoldaşından danışan Sinem Kobal: "Evlilik təklifi etməyi bir il əvvəldən planlaşdırıb"
Aktrisa Sinem Kobal həyat yoldaşı Kenan İmirzalıoğlunun illər əvvəl ona etdiyi evlilik təklifindən danışıb.
BAKU.WS xəbər verir ki, verilişlərdən birinə qonaq olan Sinem Kenanın ona edəcəyi evlilik təklifini bir il əvvəldən planlaşdırdığını bildirib:
"Mənə, "sənə aşiq oldum" dediyi bir tarix, bir gün var. O, məhz həmin gündən bir il sonra evlilik təklifi edəcəyinə qərar verib və həqiqətən də bir il sonra eyni gündə mənə evlilik təklifi edib. Belə kiçik bir xatirəni paylaşa bilərəm, amma digər detalları çox da açmaq istəmirəm. Bu, mənim üçün çox gözəl və çox dəyərli bir şeydir".
Xatırladaq ki, cütlük 2016-cı ildə ailə qurub. Onların iki qız övladı var.
Oxşar xəbərlər
Tanınmış aparıcı avtomobil qəzası keçirdi - 6 saat yolda qaldı
Rusiyalı tanınmış aparıcı avtomobil qəzası keçirib. BAKU.WS xəbər verir ki, NTV kanalında yayımlanan "Kvartirnıy vopros" verilişinin aparıcısı Viktoriya Panina...