Həyat qurtaran canlılar necə təlim keçir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin 10 əyalətində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalanların axtarış-xilasetmə işlərində müxtəlif ölkələrdən gələn xilasedicilərlə yanaşı, xüsusi təlim görmüş itlər mühüm rol oynayırlar. Onların bəziləri hətta insanları qurtararkən özləri həlak olurlar.
Xilasetmə işlərinə kömək məqsədilə Azərbaycandan Türkiyəyə FHN-in çevik xilasetmə qüvvələri ilə yanaşı, 8 xüsusi təlim görmüş it də göndərilib.
Bəs bu canlılara necə təlim keçilir və onlar insanları necə xilas edirlər?
Təlimçi kinoloq Ağamehdi Hüseynlinin sözlərinə görə, itlərin hər dildə komanda almaq qabiliyyəti var.
“Qaz partlayışı nəticəsində ev uçmuşdu. İtin reaksiya verdiyi yerdən qadın cəsədi və uşağı tez bir şəkildə aşkar edib, dağıntılar altından çıxardıq”, - deyə kinoloq qeyd edib.
A.Hüseynli onu da bildirib, cəsəd axtaran itlərin yetişdirilməsi partlayıcı maddə axtaran itlərin təlim müddətindən az olur.
“İnsan, cəsəd axtarışında ov itlərindən, Labradorlardan, Spaniellərdən istifadə edirik”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...