Həmidə Ömərova: "Anam 6 il elə bildi ki, o mənim qızımdır" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Həmidə Ömərova mərhum anasından danışıb.
BAKU.WS xəbər verir ki, "Həmin Zaur" verilişinə qatılan aktrisa anasının ömrünün son 6 ilində "Altsheymer" xəstəliyindən əziyyət çəkdiyini bildirib. Ömərova anasının ona "Ana" deyərək çağırdığını da deyib. Xalq artisti anasının 3 gün ərzində itkin düşməsindən də danışıb:
"Anam 6 il elə bildi ki, o mənim qızımdır. Taleyin ironiyası. Anam itdi və səhəri gün mənə “Xalq artisti” fəxri adı verdilər. Hamı mənə zəng edib təbrik etdiyi bir zamanda, mən isə anamı küçə-küçə gəzib axtarırdım. 3 gün sonra anamı tapdım və ondan sonra namaz qılmağa başladım. Anamın şəklini böyüdüb, yoldan keçən insanlara göstərirdik.
Bizə söylədilər ki, “Səməd Vurğun” bağına adətən belə insanlar gəlir. Yayın qızmar istisində laborantım Zülfiyyə Eldar qızı ilə anamı axtarırdıq. Əsəb xəstəlikləri klinikasına daxil olduq. Bu an isə Xalq artisti Rasim Balayev mənə zəng vurub, söylədi ki “Sənə fəxri ad verəcəklər, gələcəksən?”, cavab olaraq dedim ki, “Yox, anamı axtarıram”.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...