Həbs həyatı yaşayan türkiyəli məşhurlar - SİYAHI
Şou-biznes aləmində həmişə uğur hekayələri və parlaq səhnə həyatı yox, bəzən çətin və xoş olmayan izlər buraxan hadisələr olur. Fərqli dövrlərdə yaşanan xoşagəlməz hallar məşhurların karyerasına və ictimai imicinə təsir göstərməklə yanaşı, onların cəmiyyət tərəfindən də geniş müzakirəsinə səbəb olub. Bunlardan biri də onların illər əvvəl həbs həyatı yaşamasıdır.
BAKU.WS bu dəfə müxtəlif səbəblərdən həbs həyatı yaşayan türkiyəli məşhurların siyahısını təqdim edir:
Müğənni Gökhan Özen, sevgilisinə psixoloji təcavüz etdiyi bildirilən bir şəxsi döydüyü üçün mühakimə olunaraq iki ay həbs də qalıb.
Model və aparıcı Ebru Şallı 1999-cu ildə narkotik maddə istifadə etdiyi iddiası ilə saxlanılıb və 15 gün azadlıqdan məhrum edilib.
Model Tuğba Özay mütəşəkkil dəstə işi üzrə təqsirli bilinərək 6 ay həbs cəzasına məhkum olunub.
Müğənni Deniz Seki narkotik maddələrin istifadəsi və yayılması ilə bağlı ittihamlarla 3 il 6 ay həbs cəzası alıb.
Xeyriyyə fəaliyyəti ilə də tanınan müğənni Haluk Levent qarşılıqsız çek məsələsinə görə 9 ay 15 gün həbsdə olub.
Türk xalq musiqisinin tanınmış ifaçısı Selda Bağcan isə "Koçero" mahnısı səbəbilə 40 gün həbs cəzası çəkib.
Müğənni İbrahim Tatlıses 1987-ci ildə İzmir Sərgisində çəkilişə icazə verməyən polis əməkdaşlarını təhqir etdiyi üçün 16 gün həbsdə qalıb.
Oxşar xəbərlər
Mətanət İsgəndərli illər əvvəl buna görə 20 kiloqram arıqlayıb
Əməkdar artist Mətanət İsgəndərlinin illər əvvəl çəkdirdiyi "Axtarma məni" klipi ilə bağlı etiraf edilib. BAKU.WS xəbər verir ki, aparıcı Zümrüd Bədəlovanın "G...