Həbs edilən Kamil Zeynallı ilə bağlı qərar verildi

Həbs edilən Kamil Zeynallı ilə bağlı qərar verildi
Şou-biznes 1800
Bu gün Bakı Apellyasiya Məhkəməsində idmançı Kamil Zeynallının barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.BAKU.WS report-a istinadən xəbər verir ki, onun vəkili Aygül Rəfiyevanın sözlərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, K.Zeynallının apellyasiya şikayəti təmin edilməyib.Vəkil məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını bildirib.Xatırladaq ki, qərara əsasən, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar.K.Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.Nərimanov Rayon Məhkəməsi ona 10 sutkalıq həbs verib.BAKU.WS

Oxşar xəbərlər

Həbs olunan Kamil Zeynallı ilə bağlı YENİ XƏBƏR

Həbs olunan Kamil Zeynallı ilə bağlı YENİ XƏBƏR

Həbsdə olan idmançı Kamil Zeynallı apellyasiya şikayəti verib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu barədə onun vəkili Aygül Rəfiyeva məlumat verib.Onu...

7390 Hadisə 10:48 13 mart 2019

Son xəbərlər