Haluk Leventin qumarxanadan görüntüləri sızdı
Yeniliklərdən dərhal xəbərdar olun
AHPAB dərnəyi ilə bağlı araşdırmada yeni detallar ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, dərnəyin rəhbəri Haluk Leventin kazinoda qumar oynadığı fotoları yayılıb.
Ötən gün saxlanılan müğənninin qumarxanada, rulet masası arxasında çəkilmiş fotoşəkilləri ictimaiyyətə sızıb.
Fotolar sosial şəbəkələrdə yayılan şəkillər hamıda ikrah və qəzəb hissi oyadıb.
Xatırladaq ki, Haluk Leventin təsisçisi olduğu AHPAB dərnəyi adına toplanan ianələrin şübhəlilərin şəxsi hesablarına köçürüldüyü iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 39-a çatıb.
İstanbul Respublika Prokurorluğu tərəfindən "Dərnəklər Qanununa zidd hərəkətlər" və "cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərini yumaq" ittihamları ilə başladılan istintaq genişlənib.
Qalereya
Oxşar xəbərlər
Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi
Türkiyə Daxili İşlər Nazirliyi xaricdə gizlənən cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirib. Son 1 ay ərzində ümumilikdə 63 cinayətkar tutularaq Türki...