Hadisənin cazibədar bacısı moda dünyasına daxil olur (FOTO)

Tanınmış müğənni Hadisənin modelyer bacısı Dərya Açıkgöz ilk kolleksiyasının təqdimatını keçirəcək.
BAKU.WS məlumat verir ki,Dərya "Mirror" adlandırdığı kolleksiyasını martın 18-də "Mercedes-Benz Fashion Week İstanbul" çərçivəsində nümayiş etdirəcək.
Dərya bildirib ki, ona bu işdə ən çox bacıları dəstək olub:
"Məni bu işə ilk həvəsləndirən bacım Hülya olub. Diplomumu aldıqdan sonra İstanbula köçdüm. Məqsədim təhsilimi davam etdirmək idi, ancaq planlarım gözləmədən dəyişdi və mən karyerama başladım. İlk olaraq Hadisə ilə işlədim və bununla da moda dünyasına daxil oldum. Kosmopolitan ilə də ortaq işimiz var. Sosial şəbəkələrdən də bir çox təkliflər alıram. Əvvəlki tərzimlə indiki tərzim arasında çox fərq var. Böyüdükcə və öyrəndikcə hər kəsin tərzi dəyişir"-, deyə Dərya Açıkgöz bildirib.
BAKU.WS























Oxşar xəbərlər
Rusiyada azərbaycanlı məşuqəsinin maşınını qaçırdı
Öz məşuqəsinin maşınını Rusiyanın Kıştım şəhərindən qaçıran, əslən Azərbaycandan olan şəxs Rusiyada həbs olunub. Kıştım şəhər məhkəməsi Azərbaycandan Rusiyaya g...