Günel: "Uşaqlığımı yaşaya bilmədim"
Yeniliklərdən dərhal xəbərdar olun
"Mahnılarımı seçəndə hər zaman içimdə bir özləm var idi. Ağdamlıyam, məcburi köçkünəm. Atam 30 ildir babasının məzarını ziyarət etmirdi. Şükür indi həsrət bitdi".
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova "Özəl" proqramında deyib. Sənətçi Türkiyədə tanınmaq istəyən sənət adamlarından bəhs edib:
"İndi Türkiyəyə kim gedirsə, mənim qədər sevilib, doğma olmur. İndi mənə "bizim qızımız" deyirlər. Mən bir növ Azərbaycanla Türkiyə arasında körpü oldum".
Uşaqlığını xatırlayan Günel "12 yaşımda uşaqlığımı yaşaya bilmirdim. 15-16 yaşımda parka gedib oynayırdım. Çünki işləyirdim, verilişlərə gedirdim, siqaret çəkilən ortamlarda olurdum. Ən nifrət etdiyim şey idi.
Bunlara məruz qalırsan" sözlərini söyləyib.
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...