Günel nişanlısından ayrıldı - Sosial şəbəkədəki bütün qız izləyiciləri... FOTO

Günel nişanlısından ayrıldı - Sosial şəbəkədəki bütün qız izləyiciləri... FOTO
Foto
Şou-biznes 1081
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova nişanlısından ayrılıb.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, Günel nişanlısı Cənubi Azərbaycandan olan Sutoy (Əsl adı Həsəndi) adlı şəxslə münasibətlərini bitirib. Mənbənin bildirdiyinə görə, Günel nişanlı olan zaman, gələcək həyat yoldaşının sosial şəbəkədəki bütün qız izləyiciləri dostluq siyahısından sildiribmiş.O, hətta işdə, cəmiyyətdə keçmiş nişanlısının qız həmkarları ilə danışmasına, salamlaşmasına belə qadağa qoyubmuş.Mənbənin iddiasına görə, cütlüyün arasındakı əsas narazılıq səbəblərindən biri də aktrisanın çəkilişlərdən gec saatlarda qayıtması olub.Aktrisanın nişanlısı Sutoy Bakı Musiqi Akademiyasının vokal fakültəsini bitirib. O, görkəmli opera müğənnisi, Azərbaycan SSR xalq artisti Xuraman Qasımovanın tələbəsi olub. Bir müddət çalışmaq üçün Avropada da yaşayıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər