"Güləhməd" filminin yayımı söyüşlərə görə dayandırıldı (VİDEO)

Güləhməd filminin yayımı söyüşlərə görə dayandırıldı (VİDEO)
Video
Şou-biznes 1983
2 gün öncə premyerası baş tutan “Güləhməd” filmi kinoteatrlarda yayımı dayandırılıb.BAKU.WS xəbər verir ki, xalq artisti Arif Quliyev, Əjdər Zeynalov, Natiq Fərzəliyev, aktyor Rəşad Vahidzadə, aktrisa Firəngiz Orucovanın rol aldığı komediya janrında çəkilən filmin afişalardan yığışdırılması baş prodüser Vüqar Cavadov tərəfindən bu addım atılıb.Cəmi bir gün tamaşaçı qarşısına çıxan ekran işində nəlaiq ifadələr işlədilib, söyüşlərdən istifadə olunub. Baş prodüser elə bunları səbəb gətirərək yayımını dayandırıb. Vüqar, xəbərçi.az-a açıqlama verərək filmin rejissoru Metin Yüceli ittiham edib:“Metin Yücelin bu işini sıfır səviyyəsində qiymətləndirirəm və filmə baxan hər kəsdən üzr istəyirəm. Sadəcə bərbad və plagiat ssenari ("Gülcamal" filinin oğurlanmış versiyası ) idi. Bundan əlavə rejissor şəxsi maraqlarından dolayı Gülnaz obrazının filmdəki səhnələrini artırmaqla filmi bu günə qoydu. Bir sözlə hər şeydən bezdik, zərər etsək belə xalqımıza bu cür filmə baxmağı layiq bilmədik”.Layihənin yayımını həyata keçirən “Park Cinema”da baş prodüserin istəklərini nəzərə alaraq sözügedən filmin nümayişı dayandırılıb."Biz baş prodüserin istəyi ilə filmi yayımdan qaldırmışıq. Ekran işində həm vulqar ifadələrdən çox istifadə olunmuşdu, həm də texniki problemlər çox idi". Rəşad ƏliyevBAKU.WS

Son xəbərlər