Gülay Zeynallı məşhur bəstəkarla klipə çəkildi
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Gülay Zeynallı "İstərsənmi" adlı növbəti sevgi mahnısını təqdim edib.
BAKU.WS xəbər verir ki, sənətçi musiqisi bəstəkar Tərlan Məmmədhüseynova, sözləri Rafael Şabanova aid "İstərsən" adlı mahnını sevənlərinin ixtiyarına verib.
Yeni bəstə dərin hisslər və incə duyğularla zəngin melodiyası ilə dinləyicilərin qəlbinə toxunur. Mahnıya rejissor Emin Muradovun rəhbərliyi ilə ekran həyatı verilib.
Klipdə Gülay iki fərqli və maraqlı obrazda tamaşaçı qarşısına çıxıb. Musiqi dünyasının tanınmış simalarından olan bəstəkar Tərlan Məmmədhüseynov da ekran işində yer alaraq royal arxasında mahnının sehri ilə tamaşaçıları ovsunlayır.
Müğənninin vizajı Elnur Həsənova aiddir. Klip artıq bütün musiqi platformalarında yayımlanıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...