Geyimi başına bəla olan MƏŞHURLAR - SİYAHI

Geyimi başına bəla olan MƏŞHURLAR - SİYAHI
Foto
Şou-biznes 288

Məşhurlar tez-tez qırmızı xalıda və mərasimlərdə diqqət mərkəzində olurlar. Daha çox diqqət çəkən isə onların zaman-zaman geyimləri ilə bağlı yaşadıqları xoşagəlməz hadisələrdir. Bəzi məşhurların geyim qəzaları isə indiyədək unudulmayıb. Buna moda dilində "wardrobe malfunction" deyilir. Bəs görəsən bu günə qədər hansı dünya məşhurları bu xoşagəlməz halı yaşayıb?

BAKU.WS saytı səhnədə və tədbirdə geyim qəzası yaşayan məşhurların isyahısını təqdim edir:

Müğənnilər Canet Cekson və Castin Timberleyk

Bu, bəlkə də dünyada hələ də heç kimin unutmadığı geyim qəzasıdır. Hadisə 2004-cü ildə Canet Cekson və Castin Timberleykin konserti zamanı yaşanıb. Castin səhnədə Canetin paltarının bir hissəsini yırtıb və sinəsi canlı yayımda görünüb. Bu hadisədən sonra  ABŞ-də "wardrobe malfunction" ifadəsi məşhurlaşıb. 

Aktrisa Emma Uotson 

Emma "Noah" filminin premyerasında geyindiyi açıq arxalı don səbəbilə alt paltarı görünmüşdü. Fotolar internetdə geniş müzakirələrə səbəb olmuşdu. 

Aktrisa Sofiya Verqara

Soffiyanın 2012-ci ildə "Emmy" mükafatları mərasiminə geyindiyi uzun libasının arxası yırtılıb. O bunu zarafatla qarşılayaraq həmin an çəkilənfotonu da instaqram hesabında paylaşmışdı.  

Müğənni Beyons 

Səhnədə hərəkətli performanslar sərgiləyən Beyons tez-tez geyimi ilə bağlı problem yaşayıb. Onun konsertlərindən birində paltarının açılması təhlükəsi yaranmışdı, lakin o, bunun peşəkarcasına qarşısını alıb. 

Model Bella Hadid 

Model Bellanın 2016-ci ildə Kann Film Festivalında geyindiyi çəhrayı rəngli libası başına bəla olmuşdu. Açıq-saçıq paltarda Bellanın alt geyimi görünmüşdü. Sözügedən görüntülər mətbuatda geniş müzakirələr yaratmışdı. 

Müğənni Niki Minaj

Müğənni Niki Minaj MTV Musiqi Mükafatları mərasimində səhnədə olarkən onun geyimi tamamilə açılmışdı. Lakin ifaçı çıxışını dayandırmadan vəziyyəti nəzarətə ala bilmişdi. 

Aktria Cennifer Laurens

Aktrisanın indiyədək geyim qəzası olmasa da, o "Oscar" alarkən pilləkanlarda yıxılmışdı. Onu "Dior" geyimi uzun olduğundan ayağına ilişmişdi. 

Son xəbərlər