Gəlinə 1 kilo qızıl, bəyə 3 milyon pul hədiyyə etdilər - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Vann şəhərində bahalı toy məclisi təşkil edilib.
BAKU.WS xəbər verir ki, Ertoşi tayfasının nümayəndələrindən olan Nejdet Bayram, övladı Rızgin Bayrama toy edib.
Təmtəraqlı məclis diqqət çəkərək ölkə mətbuatının gündəmini zəbt edib.
120 kiçik buynuzlu heyvanın kəsildiyi toyda bəyə 3 milyon 400 min türk lirəsi (608 min 481 AZN), gəlinə isə 1 kiloqram qızıl hədiyyə edilib.
Məclisdə müdirlər, deputatlar, tanınmış tayfaların başçıları və digər şəxslər iştirak ediblər. Təmtəraqlı toyda iş adamı Mahmut Yavuz da olub. O, indiyə qədər belə toy görmədiyini bildirib:
“Bu günə qədər bir çox toya qatıldım, amma belə izdihamla qarşılaşmadım. Bu adətlər hər şeyi daha yaxşı edir. Şərqdə birlik və həmrəyliyə ehtiyac var. Buna görə də gəlin və bəyə xoşbəxtlik arzulayıram”.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...