Gecə klubundakı model: "Orada olmasaydım, sahur üçün başqa restoranda olacaqdım" - FOTO

“Location” gecə klubunda yanğınla nəticələnən partlayışda xəsarət alan Merlin Təranə (Təranə Rzayeva) sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, model onu orada əyləndiyi üçün təhqir edənlərə sərt cavab verib. Təranə dinə bağlı insan olduğunu qeyd edib. O həmin vaxt “Location”da da olmasa idi, sahur üçün başqa bir restorana gedəcəyini bildirib:
"Bütün şəkillərimizin paylaşıldığı yerlərdə özlərinə yüzə yaxın saxta səhifələr açanlar şərh yazırlar. Onlar sırf şərh yazmaq üçün yaradılan saxta səhifələrdir. Ağızlarına gələn murdar ifadələr işlədirlər, özlərinə iyrənc kütlə yığırlar. Yəni əslində bunu yazan iki-üç adamdır.
Mənə yüzlərlə xanımlardan və bəylərdən dəstək mesajı gəlir. Əylənmişəm, demişəm, gülmüşəm...
Kimə pislik etmişəm? Nəyisə edəndə kimdənsə icazə almayacağam. Yanan da mənəm, kəfəni cıran da... Hər kəs deyir, "anam namaz üstə olub". Mən deyirəm, qızım namaz üstə olub. Çünki orucluq girən günü ilk dəfə namaz qılmağa başlayıb, ilk orucunu tutub. O saatda klubda belə olmasaydım, sahur üçün başqa restoranda olacaqdım. Hər orucluqda olduğu kimi. İçki də içməmişəm. Məni tanıyan bilir ki, içkiyə meyilli biri deyiləm, xoşlamıram".
Xatırladaq ki, klubdakı partlayış nəticəsində 2 nəfər ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...
