Fransız kinosunun simvolu Bricit Bordo dünyasını dəyişdi

Fransız kinosunun simvolu Bricit Bordo dünyasını dəyişdi
Şou-biznes 51

Fransız kino tarixinin əfsanəvi simalarından biri olan Bricit Bordo 91 yaşında vəfat edib.

BAKU.WS-in məlumatına görə, bu barədə aktrisanın rəhbərlik etdiyi fond AFP agentliyinə açıqlama göndərib.

Bəyanatda bildirilib ki, Bricit Bordo Fondunun təsisçisi və prezidenti, dünya şöhrətli aktrisa və müğənni Bricit Bordo həyatını itirib. Açıqlamada onun ölümünün dəqiq vaxtı və harada baş verdiyi qeyd olunmayıb. Fond vurğulayıb ki, Bordo parlaq karyerasını geridə qoyaraq ömrünün sonrakı illərini heyvanların rifahına və hüquqlarının qorunmasına həsr edib.

Qeyd edək ki, Bricit Bordo 1956-cı ildə ekranlara çıxan "Və Tanrı qadını yaratdı" filmi ilə böyük şöhrət qazanıb. O, karyerası ərzində təxminən 50 filmdə rol alıb. Sonralar isə aktyorluq fəaliyyətini dayandıraraq, özünü tam şəkildə heyvan hüquqlarının müdafiəsinə həsr edib.

Fransız kinosunun simvolu Bricit Bordo dünyasını dəyişdi

Son xəbərlər