Flora Kərimova və Afət Fərmanqızı arasında gərginlik məhkəmədə yekunlaşdı

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.
APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə şikayət üzrə prosessual müddətin ötdüyünü nəzərə alaraq, işə xitam verib.
Eyni zamanda tərəflər arasında barışıq əldə olunub.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova onu təhqir etdiyi üçün müğənni Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Oxşar xəbərlər
Məhkəmə Flora Kərimovanın vəsatətini təmin etdi
Bu gün Flora Kərimovanın Afət Fərmanqızına qarşı iddiası əsasında Nərimanov rayon məhkəməsində hazırlıq iclası keçirilib. BAKU.WS Lent.az-a istinadla xəbər veri...
