Flora Kərimova: “Boğuldum, huşum getdi, yerə yıxıldım” - VİDEO

Xalq artisti Flora Kərimova maraqlı açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi “Onun sirri” proqramında olarkən ilk həyat yoldaşı İbrahim bəy Topçubaşovdan danışıb. O, həyat yoldaşından niyə gizləndiyinin səbəbini açıqlayıb:
“Bir dəfə evə mahnı gətirmişdi. Səhərdən axşama qədər məşq edirdi. Oğlum da, mən də ona baxırdıq. Çox yorulduq. Bu hal bir neçə dəfə təkrarlandı. Bir gün rəfiqəmgilə getdim. Dedim, “Lyuda məni professor axtarır. Elə et ki, mən sizdə gizlənim, tapa bilməsin”.
Əvvəl yemək yedim. Daha sonra harada gizlənəcəyimi düşündüm. Dolabda gizlənmək qərarına gəldim. Orada bardaş qurub rahat oturdum. Bu vaxt həyat yoldaşım gəldi. Dedim, tez çıxıb gedər. Amma evə gəldi, yemək yedi. Artıq mənim nəfəsim çatmırdı. Dolabı aça bilmirdim, boğuldum, huşum getdi, yerə yıxıldım”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...