“FitWay”in xanım məşqçisi: "Mən kişilərin edə bilmədiyini edə bilirəm" (VİDEO)
19
okt
2017
13:30
Azərbaycan çempionu Fövqi Əfəndi sizi idman zalı “FitWay”-ə dəvət edir. BAKU.WS-in məlumatına görə, Fövqi Əfəndi 26 yaşı olmasına baxmayaraq artıq bütün kişilərin arzuladığı bədənə sahibdir. O, belə nəticəni idmana böyük həvəs olduğunu bildirib. "Türkiyədə Ankara Orta Doğu Teknik Universitetində qida mütəxəssisi bölümündə təhsil almışam və elə ilk olaraq da məşqçi kimi orda başlamışam. Artıq Azərbaycanda 3 ildir məşqçi kimi işləyirəm. Uşaq yaşlarından başlamışam bu idman növünə. Səbəb isə gözəl bədən quruluşuna həvəsim olub. İdmana 12, 13 yaşımda başlamışam. Zala gələn hər müştəri ilə çalışırıq ki, idmanı sevsin. Əgər siz “FitWay” zalındasızsa, artıq siz sağlam həyata addım atmış olmusuz”.
Qeyd edək ki, "Fitway" zalında müştəriləri üçün qrup halında fərdi məşqlər pulsuzdur. Zalda 1-3-5-ci günlər 16:00-18:00-də Qasımov Əmrah və Günay Hüseynova ilə 2-4-6-ci günlər isə 15:00–17:00-dək Kamran Qulamov və Səadət mütəllimova ilə pulsuz olaraq fərdi məşqlərə qatıla bilərsiz. Məşqlərdə Fövqi Əfəndi də iştirak edəcək. Ünvan: Nizami küçəsi 1/3 Axundov bağından yuxarı. 08:00 - 22:30. Əlaqə: 050 977 17 87 www.fitway.azInstagram: fitway_gym Instagram: fitway_food
Oxşar xəbərlər
İdmançı gənclərə ali təhsillə bağlı güzəştlərin edilməsi təklif edilir
Azərbaycanda idmançı gənclərə ali təhsil müəssisələrində təhsil güzəştlərinin edilməsi təklif olunur.BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, Milli M...