Filipp Kirkorov bu xəstəlikdən ƏZİYYƏT çəkir

Filipp Kirkorov bu xəstəlikdən ƏZİYYƏT çəkir
Şou-biznes 926

Rusiyanın məşhur müğənnisi Filipp Kirkorov II tip şəkərli diabet xəstəliyinin olduğunu təsdiqləyib.

BAKU.WS xəbər verir ki, bu barədə o, "KP"yə açıqlamasında məlumat verib. Müğənni bildirib ki, xəstəliyini heç vaxt gizlətməyib, sadəcə insanlar müsahibələrini diqqətlə oxumayıb.

"May ayında demişdim ki, məndə şəkərli diabet var, ona görə də əlim çox çətin sağalırdı", – deyə Kirkorov xatırladıb.

Qeyd edək ki, bu ilin aprelində Kirkorovun konserti zamanı səhnədə pirotexniki avadanlıq geyiminə toxunaraq yanğına səbəb olmuşdu. Nəticədə müğənni yanıq xəsarətləri almış və uzun müddət müalicə olunmuşdu.

Müğənni xəstəliyinin işinə mane olmadığını, konsertlərə hazırlaşmaqda davam etdiyini vurğulayıb: "Bu gün tibb çox inkişaf edib, böyük uğurlar var. Mən sadəcə həyat tərzimi dəyişməli oldum".

Onun sözlərinə görə, indi sağlam qidalanma və idmana xüsusi diqqət yetirir: "Səhərlər yulaf sıyığı yemək xoş deyil, amma məcburam. Çünki bütün xəstəliklər yanlış qidalanmadan yaranır".

Kirkorov həmçinin bildirib ki, yayda 7 kiloqram kökəlib və hazırda çəkisi 97 kiloqramdır: "Boyum 2 metrə yaxındır, buna görə də bu çəki normaldır. Özümü əla hiss edirəm".

Oxşar xəbərlər

Tanınmış bloger Nəcibə Əhmədinin toyu olub

Tanınmış bloger Nəcibə Əhmədinin toyu olub

Bloger Nəcibə Əhmədinin (Nadjiba) dünən qız toyu olub. BAKU.WS xəbər verir ki, o, Qədir Şirinov adlı bəylə ailə qurub. Məclis Bakıdakı restoranların birində keç...

567 Şou-biznes 09:45 20 noyabr 2025

Son xəbərlər