Fərid Novruzi “Danışaq?” podkastının qonağı olub - VİDEO
Tanınmış sahibkar, səyyah, memar, alpinist, Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi onlayn platformalarla necə rəqabət aparmaq lazım olduğundan danışıb, bizneslə dürüstlüyün uyğun olub-olmaması sualını cavablandırıb.
“Report” xəbər verir ki, bu barədə iş adamı jurnalist Həmid Həmidovun “Danışaq?” podkastının yeni buraxılışında danışıb.
Həmsöhbətlər Novruzinin hansı biznes növləri ilə məşğul olmasından, bu sahədə rəqabətin səviyyəsindən və onun bunun öhdəsindən necə gəldiyindən danışıblar. Mövzular arasında həmçinin süni intellektdən istifadə və biznes nöqteyi-nəzərindən iqtisadiyyatın ən perspektivli sektorları da olub.
Azərbaycanda biznes fəaliyyətinin müsbət və mənfi tərəfləri qeyd olunub. Sahibkar Dubaya niyə köçdüyünü açıqlayıb, dünya futbol ulduzu Lionel Messi ilə görüşündən, dünyanı səyahət etməsindən, çimərlik futbolundan danışıb. O, həmçinin iş və istirahət arasında tarazlığın necə tapılması ilə bağlı qaydalarını bölüşüb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...