"Fəlakət" Rəşad Dağlıya mahnı həsr etdi - FOTO/VİDEO

Fəlakət Rəşad Dağlıya mahnı həsr etdi - FOTO/VİDEO
Video
Şou-biznes 244

Aktyor Elşən Orucov (Fəlakət) yeni addımı ilə marağa səbəb olub.

BAKU.WS xəbər verir ki, o, hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlıya mahnı həsr edib.

Elşən Orucov meyxanaçının "Canana görə" adlı ifasına müraciət edərək sözlərini dəyişib və fərqli aranjımanda DJ Roşka ilə duet oxuyub.

Onlar yeni mahnını ilk dəfə "Fəlidən doğru xəbər" verilişində səsləndiriblər.

"Canana görə"nin yeni versiyası "Biradam" adlı yutub kanalına yerləşdirilib. İfa sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, "Fəlidən doğru xəbər" verilişi hər həftənin şənbə günü saat 20:00 da "Xəzər TV"də yayımlanır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər