Faytonçu Nazim 50 illik yubileyini səhnədə qeyd etdi - FOTOLAR
01
dek
2018
10:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 29-da Heydər Əliyev sarayında müğənni Faytonçu Nazimin “Darıxmışam, Bakıdan danış” adlı solo konserti baş tutub. BAKU.WS xəbər verir ki, yaradıcılığı ərzində ilk dəfə solo konsertlə dinləyicilərinin qarşısına çıxan ifaçı media nümayəndələrinı açıqlama verərkən həyəcanlı olduğunu bildirib:“Ölkənin ən mühüm səhnəsi olduğu üçün həyəcan var. Bu mənim ilk solo konsertimdir. Düşünürəm ki, mənim yerimdə olan hər bir sənətçi eyni hissləri keçirərdi. Həm öz mahnılarım həm də repertuarımdan kənar mahnılar ifa edəcəyəm. Əsas odur ki, insanların sevdiyi bəstələr səslənəcək. İstəyirəm ki, Bakıdan danışaq, dinləyicilərə xoş əhval-ruhiyyə verək”.Həm də 50 illik yubileyini qeyd edən sənətçi daha sonra səhnəyə çıxaraq zalda əyləşənləri salamlayıb. Ard-arda “Faytonçu”, “Yuxu”, “Gözləyəcəyəm” kimi sevilən mahnılarını səsləndirən ifaçının “Necə unudum səni” adlı bəstəsi xüsusi alqışla qarşılanıb.Tanınmış simaların da qatıldığı gecədə Xalq artisti Flora Kərimova da iştirak edib. O, tədbirin səbəbkarı haqda müstəb fikirlər səsləndirib. BAKU.WS






Oxşar xəbərlər
“50 yaşım var, amma hələ də konsert verməmişəm” – Nazim Pişyari – VİDEO
ARB Ulduz-un “Virtual həyat” verilişinin növbəti qonağı olan müğənni Nazim Pişyari maraqlı açıqlamalar verib.Yeni mahnılar yazdırıb, ilk solo konsertinə hazırla...