Fatimədən ETİRAF: "Oğlan evi istəmədi deyə toya müğənniləri çağırmadım" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Allah hər kəsin balasını xoşbəxt etsin. Qızımın toyu olanda mən şou-biznesdən heç kimi dəvət edə bilmədim. Bunun başqa səbəbləri var idi".
BAKU.WS xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib. "Onun sirri" verilişinə qonaq olan Fətəliyeva oğlan evi istəmədiyi üçün qızı Aydanın toyuna müğənniləri dəvət edə bilmədiyini etiraf edib:
"Oğlan tərəfi şou-biznesi ümumiyyətlə istəmədi. Buna görə də heç kəs o toyda olmadı. Sadəcə Mətanət İsgəndərlini dəvət etmişdim. Toyu isə Elton Hüseynəliyev idarə edirdi. Amma oğlumun toyu olanda hər kəsi dəvət edəcəm".
Xatırladaq ki, Fatimənin qızı Aydan 2019-cu ildə sevib-seçdiyi bəylə ailə həyatı qurub. Onun toyu paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub.
Oxşar xəbərlər
Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - FOTO - SİYAHI
Yerli şou-biznes nümayəndələrinin özləri qədər övladları da hər kəsə maraqlıdır. Onların arasında məşhur olanları da var. Tanınmışların övladları müxtəlif sənət...