Fahriye Evcen oğluna görə RESTORANI TƏRK ETDİ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci uşağına hamilə olan aktrisa Fahriye Evcen həyat yoldaşı Burak Özçivit və oğlu Karanla istirahətə yollanıb.
BAKU.WS xəbər verir ki, Bodrumda yaxta ilə səyahət edən cütlük Yalıkavakdakı məkanlardan birində şam edib.
Restoranda olarkən Karan bilmədən müştərinin əyləşdiyi masaya toxunub.
Narahat edildiyi üçün əsəbiləşən müştəri Karana "Yavaş ol bir az, bu nədir?" sözlərini söyləyib. Fahriye azyaşlı oğluna deyilənlərdən hiddətlənib. O, ayağa qalxaraq "Etdiyiniz hərəkətə görə ayıb olsun. O, hələ uşaqdır" sözlərini söyləyib.
Əsəbini cilovlaya bilməyən müştəri "Nə edim ki, uşaqdır?" sözləri ilə yenidən Fahriyeyə sərt reaksiya verib. Bundan sonra cütlük azyaşlı oğlu Karanı da götürərək məkandan uzaqlaşıb.
Qalereya
Oxşar xəbərlər
Burak Özçivit növbəti dəfə ata olur
Fahriye Evcen və Burak Özçivit cütlüyünün ikinci övladları dünyaya gələcək. BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, 36 yaşlı Evcen ikinci dəfə hamil...