Eyyub Yaqubov ilk dəfə bunu edəcək

Eyyub Yaqubov ilk dəfə bunu edəcək
Şou-biznes 254

Xalq artisti Eyyub Yaqubov ilk dəfə musiqili tamaşada rol alacaq.

BAKU.WS xəbər verir ki, Xalq artisti Eyyub Yaqubov ilk dəfə olaraq musiqili tamaşada iştirak edəcək.

Tamaşa martda Heydər Əliyev Sarayında səhnəyə qoyulacaq.

Sənətkar böyük səhnədə görkəmli Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyn Cavid obrazını canlandıracaq.

Tamaşanın əsas leytmotivi Hüseyn Cavidin məşhur misralarıdır:

"Turana qılıncdan daha kəskin, ulu qüvvət Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!" Layihədə Xalq artisti Mehriban Zəki, istedadlı aktyor Elşən Əsgərov, tanınmış musiqiçi Vaqif Əsədov, pianoçu-pedaqoq Gülsüm Eldarova və C.Cahangirov adına xor kollektivi də iştirak edirlər.

Tamaşada Hüseyn Cavidin həyat yolunu əks etdirən təsirli səhnə fraqmentləri, kövrək sevgi hekayəsi, dramaturqun möhtəşəm pyeslərindən parçalar, incə şeirlər və Eyyub Yaqubovun ifasında səslənən sevilən mahnılar yer alacaq.

Son xəbərlər