Eyyub Yaqubov "Gözəl Bakı"nı təqdim etdi
Xalq artisti Eyyub Yaqubov "Gözəl Bakı" adlı yeni mahnısını və ona çəkilən klipini izləyicilərə təqdim edib.
BAKU.WS xəbər verir ki, mahnının musiqisi Gülsüm Eldarovaya, sözləri isə Abbas Məmmədova məxsusdur.
Bakının özünəməxsus ab-havasını və estetik gözəlliyini ön plana çıxaran klipdə paytaxtın ən gözəl və tanınmış məkanları, şəhərin müasir siması ilə yanaşı, tarixi abidələri və dənizkənarı mənzərələri yer alıb.
"Gözəl Bakı" layihəsi Eyyub Yaqubovun yaradıcılığında paytaxta olan sevginin növbəti ifadəsi kimi dəyərləndirilir.
Yeni mahnı və klip artıq rəqəmsal platformalarda izləyicilərin ixtiyarına verilib.
Oxşar xəbərlər
Gülşən reklam müqaviləsindən 20 milyon qazanıbmış
Türkiyəli müğənni Gülşən bu dəfə səhnə çıxışları ilə deyil, imzaladığı reklam müqaviləsi ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, iddialara görə, tanınmış ifa...