Evlilik verilişində iştirak edən edən Nazın səs yazısı yayıldı: "Baş verənlər normaldır" (VİDEO)

Türkiyədə evlilik verilişinə qatılan azərbaycanlı gəlin namizəd Naz Milanın səs yazısı yayılıb.
BAKU.WS xəbər verir ki, azərbaycanlı gənc xanım keçmiş nişanlısı Baha Selenbaş tərəfindən döyülməsinə aydınlıq gətirib. Bildirib ki, mətbuatda onun Baha tərəfindən döyülməsi xəbərləri yalandır.
Bir müddət əvvəl Baha Selenbaş da video yayaraq Nazı döymədiyini iki sevgili arasında belə şeylərin olduğunu bildirib. Belə ki, Nazın da yaydığı səs yazısında eyni fikirlər səsləndirilib. Naz da keçmiş nişanlısının fikirlərini təsdiqləyib. Bildirib ki, iki sevən arasında bu baş verənlər normaldır.
"Bir birimizə əsəbləşdiyimiz zamanlarda qışqırıb bağırmışıq. Bu adi haldır. Baha məni heç vaxt vurmayıb".
Xatırladaq ki, Naz Mila ötən gün azərbaycanlı sevgilisi model Əli Əkbərlə də sevgi münasibətlərinə son qoyub.
Aynur Ələkbərova
BAKU.WS

Oxşar xəbərlər
Eks nişanlısı tərəfindən döyülən Nazı azərbaycanlı sevgilisi tərk etdi (VİDEO)
Türkiyədə evlilik proqramına qatılan azərbaycanlı gəlin namizədə Naz Mila sevgilisi Əli Əkbərlə yollarını ayırıb. BAKU.WS xəbər verir ki, keçmiş sevgilisi tər...