Evimizdən neqativ enerjini necə təmizləyək?

Evimizdən neqativ enerjini necə təmizləyək?
Şou-biznes 4238

 

Görünən hər şeyin fəlsəfi bucağı və özünə məxsus enerjisi var. Müsbət, mənfi enerji insanlara da aiddir. Evdə mübahisə, adam itkisi, ölüm və s. olubsa, qarşı tərəf inanmasa belə, neqativ enerji özünü sıxıntı, halsızlıq, yuxusuzuq, elektrik avadanlıqlarının tez-tez sıradan çıxması, maddi problemlər kimi göstərəcək.

Tutalım, yeni bir evə köçürsünüz, lakin bilmirsiniz o evdə nələr olub.

BAKU.WS publika.az-a istinadən bildirir ki, ağ magiyaya görə, təzə evə girmədən öncə qara pişik salarlar və şam yandırarlar. Əgər pişik narahat olarsa, şam tüstüləyərək yanarsa, ev mənfi enerjili sayılar. Əgər o ev mənfi enerji ilə yüklənmişsə, mütləq özünü büruzə verəcək. Bəs nələr bizi mənfi enejidən qoruyur?

Evə girmədən öncə evin aurasını təmizləmək lazımdır. Un, yağ, şəkər, yumurta stolun üzərinə qoyular, 1 gün saxlanılar, sonra evə girilər. Yaxud evin kənarlarına duz səpilər və evdə sülh, sağlamlıq, xoşbəxtlik olması dilənir.

Duzu şəkərlə də əvəz etmək olar. Duz, alma, üzüm sirkəsi qatılmış suyu evin çöl qapısına kimi çiləmək də neqativ enerjini özünə çəkir. Saat ərəbi istiqamətində səpilməlidir. Stolun üstünə balaca nimçədə duz axşamdan qoyun. Duz neqativ enerjini çəkir, səhər duza toxunmadan duzu yuyun.

Yaxud otlardan şalfey kimi tanıdığımız sürvə, qatır dırnağı (sarı rəngli şişək açır), üzərlik, atil-batil qurudulmuş şəkildə yandırıb tüstüsünü evdə gəzdirərək deyilir: "Canlı, cansız olan bütün neqativ enerjiləri evimdən qırıb batil edirəm".

Su ilə bərabər, od da təmizləyici ünsür kimi istifadə olunduğu üçün sonra sağ əldə şam yandırılıb, evi gəzərək sözləri deyib, dualar oxumaq lazımdır.

Kirayə verilən evlərə bəzən işlənmiş mebellər alınıb düzülür. Əgər alınan çarpayıda xəstə adam yatarsa, onun neqativ enerjisi yeni sahibinə keçməsin deyə duzlu sulu dəsmalla çarpayı silinir və üzərində şam yandırılır.

Lavanda yağının ətri də pozitiv enerjini qoruyur. Biləklərinizin iç tərəfinə və evin qapısının iç tərəfinə 1-2 damçı damlada bilərsiniz. Mətbəxdə ziyanlı həşaratlar varsa, mütləq onları dəf edin. Çünki onlar da özləri ilə neqativ enerji gətirirlər. Həmçinin çartlamış qabları tullayın, hətta sevimli fincanınız olsa belə, yapışdırıb isifadə etməyin. Çöldən evə girdikdə üst geyimlərini çırpıb bir neçə dəqiqəlik sərgidən asmanız da sizi neqativ enerjidən qorumuş olacaq. Həmçinin evin havalanma sistemini daim nəzarətdə saxlayın. Siz bu sadalananlarımı etdikcə, özünüzə yüngüllük, rahatlıq tapacaqsınız.

BAKU.WS

Oxşar xəbərlər

Ekstrasensdən xəbərdarlıq: İt saxlayanlar...

Ekstrasensdən xəbərdarlıq: İt saxlayanlar...

İt, pişik, heyvan figurları, heykəllər və divarlarında rəsm, tablo olan evlərdə daha çox cinlərə və ya mənfi qüvvələrə rast gəlinir. Bu barədə BAKU.WS-ə verdiy...

3100 Şou-biznes 17:40 29 avqust 2016

Son xəbərlər