Əslən Gürcüstandan olan 20 Yanvar şəhidi Vəfadar Eminov - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın öz suverenliyi uğrunda ilk şəhidlərini verdiyi Qanlı Yanvar faciəsindən 31 il ötür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən dəhşətli qırğında şəhid olan qəhrəmanlarımızdan biri də əslən Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun Kirəçmuğanlı kəndindən olan Vəfadar Eminovdur.
BAKU.WS xəbər verir ki, BAKU.TV şəhidin ailəsini ziyarət edərək onun yaxınları ilə həmsöhbət olub.
Bakıda ali təhsil alan Vəfadar Eminov hüquqşünas olmaq istəyib. Onun bu arzusunu elə şəhidimizin adını daşıyan qardaşı oğlu kiçik Vəfadar həyata keçirib.
Arzusu nakam qalan 24 yaşlı tələbə şəhidimiz Şəhidlər Xiyabanında dəfn edilib.
Oxşar xəbərlər
26 ildən sonra kimliyi müəyyənləşən şəhidin nəşi Yevlaxa gətirilib – VİDEO - YENİLƏNİB
İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılaraq Yevlax rayonuna gətirilib. BAKU.WS "report"a istinadən xəb...