Əsgərlərimiz Şuşada Bülbülün ev muzeyində - VİDEO

17
noy
2020
15:36
Hərbçilərimiz erməni işğalından azad etdikləri Şuşa şəhərindəki Bülbülün ev-muzeyində olublar.
BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, videodan görünür ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən muzeyin 10 mindən artıq eksponatı məhv edilərək talan olub. Bundan başqa Bülbülün büstü də ermənilər tərəfindən tanınmaz hala salınıb.
Qeyd edək ki, 1992-ci ilə qədər Bülbülün Şuşada yerləşən evi onun Bakı şəhərindəki memorial muzeyinin filialı hesab olunub. Ev iki otaq və eyvandan ibarət idi. Bülbül bu evdə anadan olub, uşaqlıq illərini burada keçirib.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...