Ermənilər Eldarın səhifəsini ələ keçirib - Terrorçu fotosu qoydular
14
apr
2017
11:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Eurovision” qalibi Eldar Qasımovun rəsmi instaqram səhifəsi ələ keçirilib.
BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, erməni haker qrupu tərəfindən dağıdılan profildə Ermənistanla bağlı paylaşımlar edilib.
20 minlik səhifədə erməni terrorçu Monte Melkonyanın fotosu yayımlanıb, "Yaşasın Ermənistan” şərhi yazılıb.
"Qafqazinfo” mövzu ilə bağlı Qasımovla əlaqə saxlayıb.
Müğənni mövzu ilə bağlı hərəkətə keçdiyini qeyd edib:
"Tezliklə izləyicilərimlə görüşəcəm. Səhifəmin geri qaytarılması ilə bağlı işlər gedir”.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər Facebook-da Azərbaycan dilində hərbi səhifə yaratdılar
Ermənilər Facebook sosial şəbəkəsində Azərbaycan dilində hərbi səhifə yaradıblar. BAKU.WS azeridefence-ə istinadən xəbər verir ki, "HƏRBİ MEDİA" adlanan səhifə...